Yeniyetmələrdə ruh düşkünlüyü və səbəbləri
Müxtəlif yaşlarda və ya inkişaf dönəmlərində insanların duyğu və düşüncələrində sözsüz ki, dəyişikliklər olur. Bu dəyişikliklərin ən sıx yaşandığı dönəmlərdən də biri məhz yeniyetməlik çağlarıdır. 9-10 yaşından sonra artıq yeniyetməlik dövrü başlayır, bu zaman bədəndə hormonal dəyişikliklər baş verir. Sözsüz ki, bütün bunlar da uşaqların hiss və duyğularında, davranışlarında özünü göstərir. Bu ruh düşkünlüyü də […]
İnsanlarda Emosianal Yaş (EQ) Nədir?
İnsanın cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında zəka, intellektual yaşı (İQ) ilə bərabər emosional yaşı(EQ) da xüsusi rola malikdir. Başqa sözlə ifadə etsək, EQ insanların duyğu yaşı, ruh yaşıdır. Emosial yaş insan beyninin sağ yarımkürəsinin aktivliyi nəticəsində yaranır, əksinə zəka yaşı (İQ) isə beyinimizin sol yarımkürəsinin aktivliyi ilə ortaya çıxır. Emosional sferada pozunuqluqlar və inkişafdan geri qalmalar […]
21 Mart -Beynəlxalq Daun Sindromlu İnsanlar Günü
Daun sindromu ilə əlaqədar təqvim günü ilk dəfə 2006-cı ildə Cenevrə universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib. Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq simpoziumda Avropa və ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromlu İnsanların Günü elan olunub. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 xrosom olur. […]
Tətil günlərində uşaqların vaxtını səmərəli keçirməsi üçün nə etmək lazımdır?
Tətil və bayram günlərində bağça və məktəblər bir müddət fəaliyyətini dayandırır. Bu günlərdə necə etmək lazımdır ki, uşaqlar həm öyrənsin, həm də ailəsi ilə birlikdə bu günləri əyləncəli keçirsin. Məsələnin psixoloji tərəfləri və tətil, bayram günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, bütün bunların onların psixologiyasına təsirləri haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan […]
Cırtdanboy Vüsalənin problemlərinə görə valideyni Narınc Rüstəmovaya müraciət etdi
Əzizova Vüsalənin valideyni Əzizova Gülşən övladındakı qorxular və özgüvənsizlik kimi problemlərə görə bizə müraciət etmişdir. Həmçinin Vüsalə balamızda yaddaşsızlıq, diqqət əskikliyi kimi əlamətlər də müşahidə edilir. Həm də, onun sosial, emosional sferasında da inkişaf zəifdir. Valideyninin bildirdiyinə görə, onda qorxular çoxdur və bu hallar onda tez-tez təkrarlanır. Eyni zamanda həyəcan-təşvişi də var və qorxan zaman […]
“Məktəbdə Xocalı İlə bağlı keçirilən tədbirlərin uşaq psixologiyasına təsiri”
Xalq olaraq yaşadığımız ağır, çətin günlərdən biri də Xocalı soyqrımının baş verdiyi gündür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnakları tərəfindən Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan azərbaycan türklərinə qarşı amansız divan tutmuşlar. Bu əməllər mütəşəkkil formada həyata keçirilib, deportasiya olunan əhalininəksəriyyəti Xankəndində saxlanlırdı. Daşnaqlar […]
Terapiyası yarım qalan Saleh balaya Narınc Psixologiya Mərkəzi təmənnasız dəstək göstərəcək
Saleh balanın 5 yaşı var. Onda hələ bir yaşından etibarən bir çox problemlər müşahidə edilməyə başlayıb. Belə ki, Saleh balamızda nitq inkişafında ləngimələr var. Həmçinin, diqqət əskikliyi və əqli inkişafında da müəyyən geriləmələr var. Qeyd edək ki, balamızda nitq qüsurları və müəyyən problemlər var idi. Müəyyən müddət mərkəzimizdə olub və bu problemləri bir qədər qədər […]
Narınc Psixologiya Mərkəzinin “Ən yaxşı Ana” Layihəsi
3 mart 2023-cü il Narınc Psixologiya Mərkəzinin tarixində əlamətdar bir gün kimi yadda qaldı. Belə ki, Narınc Psixologiya mərkəzi tərəfindən övladına hər zaman xüsusi qayğı və diqqətlə yanaşan, bu çətin yolda bizimlə birgə çiyin-çiyinə addımlayan, bizə, övladının terapiyasına bir valideyn, ana, nənə kimi dəstək olan zəhmətkeş xanımlarımızı “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətiylə təbrik etdik […]
“Uşaqlarda çeynəmə problemi”
Uşaqlarda, xüsusilə kiçik yaşlı uşaqlarda çeynəmə çətinliyi tez-tez rast gəlinən problemdir. Valideynlər çox vaxt “ Övladım qidanı çeynəməkdə çətinlik çəkir, nə edə bilərəm?” və ya “Övladımda çeynəmə problemi var, bunun loqopedik müalicəsi varmı?” bu tip suallar ünvanlaya bilirlər. İlk öncə onu vurğulamaq lazımdır ki, çeynəmə əzəzləri aktiv olan uşaqların nitq inkişafları da normal olur. Yəni, […]
“Uşaqlarda adaptasiya problemi”
Adaptasiya çətinliyi insanlarda, xüsusilə kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında tez-tez rast gəldiyimiz hallardan biridir. Adaptasiya sözü latınca olan “adaptatio” uyğunlaşdırıram sözündən götürülüb və uyğunlaşma deməkdir. Yəni uşağın, yeniyetmənin tanımadığı bir mühitdə olarkən ora uyğunlaşma mərhələsidir. Burada bəzi valideynlərin də etdiyi yanlışlıqlar vardır ki, onlar uşaqlardan yeni bir mühitə düşərkən qısa zaman ərzində ora uyğunlaşmasını, […]