Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Kəkələmənin psixo-pedoqoji korreksiyası

Hər gün üçün ayrı-ayrı təlimatlara uyğun ritmik nəfəs çalışmaları, 2-3 saat müddətində davamlı və fərdi şəkildə ara verilmədən aparılır. Təlimatlara uyğun olaraq çalışdıqda; 6 gündə oxumanız, 9 gündə isə danışmanızda irəliləyiş nəzərə çarpacaq.
Kəkələmənin psixo-pedoqoji korreksiyası

Kəkələmə – danışıq aparatının qıcolmaları ilə şərtlənən nitqin sürət, yəni ritm təşkilinin pozulmasıdır. Kəkələmənin üç səviyyəsi fərqləndirilir: yüngül, orta və ağır. Kəkələmənin səviyyəsi nitq  müayinəsi zamanı söhbət aparmaqla təyin edilir. Müayinə prosesi videolentə alınır. Bundakı məqsəd, sonrakı günlərdə əldə etyimiz nəticələri görmək üçündür.

Kəkələmənin səviyyəsi nəzərə alınaraq, məşğələlər 14 – 27 günlük proqram əsasında təyin olunur. Hər gün üçün ayrı-ayrı təlimatlara uyğun ritmik nəfəs çalışmaları, 2-3 saat müddətində davamlı və fərdi şəkildə  ara verilmədən aparılır.  Təlimatlara uyğun olaraq çalışdıqda; 6 gündə oxumanız, 9 gündə isə danışmanızda irəliləyiş nəzərə çarpacaq.

Proqram 4 hissədən ibarətdir:

  • dinləmə
  • səsli oxuma
  • pıçıltılı oxuma (nəfəs çalışmaları)
  • oxuma məşğələləri

Proqramın bu istiqamətdə aparılmasında məqsəd;

1. Beyindəki yanlış nitq vərdişinin təmizlənməsi

2. Eşitmə diqqəti və səs tələffüzü pozğunluqlarının korreksiyası

3. Nitq və tənəffüsün ritm və sürətinin normallaşması

4. Nitq qıcolmalarının aradan qaldırılması

5. Qısa müddətdə axıcı danışıq bacarığının qazanılması

6. Müstəqil nitq vərdişinin möhkəmləndirilməsi

7. Kəkələyənin sosial adaptasiyasının təşkili

Müvəffəqiyyət əldə etmək üçün nəticənin yaxşı olacağına dair bir inama sahib olmaq vacib şərtdir. Məqsədə çatmaq üçün insandan iradə tələb olunur.

KƏKƏLƏMƏK QƏDƏRİNİZ DEYİLDİR! DÜZGÜN VƏ AXICI DANIŞMAQ BIZIM KÖMƏYİMİZLƏ SİZİN ƏLİNİZDƏDİR!

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!