Övladım meyvə yemir, meyvəni ona necə sevdirim?

Övladım meyvə yemir, meyvəni ona necə sevdirim?

Bilirik ki, insanının orqanizmi üçün ən xeyirli və lazımlı qidalar sırasında meyvələr ən ön sıralardadır. Lakin, uşaqların, yeniyetmələrin çox zaman meyvə yeməməsi və istəməməsi halları ilə tez-tez rastlaşırıq. Xüsusilə valideynlər bu vəziyyətlərdən şikayətlənir və övladları meyvə yeməkdən imtina etdiyi üçün onun əvəzləyicisi kimi onlara qida əlavələri, müxtəlif vitaminlər verməyə məcbur olduqlarını bildirirlər. Problemin çıxış yolu və məsələnin psixoloji tərəflə bağlı olub-olmamasını öyrənmək üçün mütəmadi olaraq bu mövzu ilə bağlı suallar ünvanlayırlar.

İlk öncə vurğulamaq lazımdır ki, bu mövzu uşaqlarda qida seçiciliyi, qida kaprizi hissəsinə aid edilir və çox geniş mövzudur. Meyvə ilə bağlıproblemlər qida seçiciliyi mövzusunun ən çox sual verilən və tez-tez qarşılaşdığımız hissələrindən biridir.
Meyvə yeməyən uşaqları iki qrupa bölə bilərik; 1) çox az sayda meyvə yeyən uşaqlar 2) ümumiyyətlə meyvə yeməyən uşaqlar

Burda təbii ki, ikinci qrup uşaqlarla işləmək daha çətin hesab olunur.

Valideynlər övladlarına meyvəni sevdirməyə çalışmalıdırlar. Ancaq bunu məcburi və zoraki şəkildə deyil, daha çox oyun şəklində etməyə çalışmalıdırlar.Həmçinin meyvəni uşağın görəcəyi, toxuna, qoxlaya və dada biləcəyi bir yerə qoymaq lazımdır. Eyni zamanda uşağın vaxtını daha çox keçirdiyi evin bir guşəsi seçilə və bura da uşağın əlinin çatacağı şəkildə qabda meyvələr qoyula bilər. Onu vizual olaraq daimi görməsi meyvəni sevdirməkdə ən önəmli hissələrdən birini təşkil edir. Digər vacib hissələrdən biri meyvə saatının təyin edilməsi və ailəlikcə meyvə yeyilməsidir. Məsələn bu vaxt yeməkdən, oyundan sonra və ya cizgi filmi izlərkən də ola bilər. Eyni zamanda valideyn yediyi meyvənin, məsələn: alma və s. xeyirli tərəflərini, uşaqlar üçün necə faydalı olduğunu bir az obrazlı şəkildə və uşağın analyacağı dildə ona danışmalıdır. Bu da uşaqlarda meyvəyə maraq oyada biləcək faktorlar sırasındadır.

Beləliklə də, valideyn uşağın qida vərdişini formalaşdırmağa başlayacaqdır. Əgər uşağın qida seçiciliyi, qida kaprizləri bu şəkildə də düzəlmirsə, psixoloq müayinəsindən keçməsində fayda var.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });