DAUN SİNDROMLU UŞAQLAR VƏ ONLARLA APARILAN REFLEKSOLOJİ İŞ

Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu “monqolizm” adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin “monqolizm” adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə “Daun sindromu” adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. “Monqolizm” adı da bu səbəbdən işlədilib.

Daun xəstəlik deyil sindromdur.

Bu sindrom, daha çox əqli inkişafda gerilik və digər organlarda qüsur əmələ gətirən, anadangəlmə bir xromosom anomaliyasıdır. Dölün inkişafı sırasında bir xromosomun artıq əmələ gəlməsi nəticəsində bu sindrom yaranır. Bədənimizin bütün hüceyrələrində xromosomlar vardır və genetik xüsusiyyətlərini daşıyırlar. İnsan hüceyrələrində 46 xromosom vardır. Normal olaraq insanların hər bir hüceyrəsində hər bir xromosomdan,biri anadan biri atadan olmaqla iki ədəd xromosom vardır. Daun sindromlu uşaqlarda isə müəyyən bir xromosomdan hər hüceyrədə iki əvəzinə 3 ədəd olur. Hər min uşaqdan təxminən ikisi Daun sindromu ilə dünyaya gəlir. Uşaqda Daun Sindromunun olma ehtimalı, hamilənin yaşı artıqdaca artır.

Daun sindromlu uşaqları üz görunüşlərinə görə seçmək asandır.

Onların boyu qısa, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik, göz yarığı çəp, gözbucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük оlur. Belə uşaqların əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Dişlərinə gəldikdə, Daun sindromu ilə doğulan uşaqlarda dişlər əyri olur və normal ardıcıllığa uyğun çıxmır. Onlarda ağız boşluğu normada olduğundan nisbətən kiçik, dil isə böyükdür. Bu sindromla doğulan uşaqların ovucları enli, barmaqları qısa, çeçələ barmaq bir az içəriyə doğru bükülmüş olur. Bir çox uşaqlarda göstərici barmaqla baş barmaq arasındakı məsafənin çox böyük olmasındadır.

Belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemləri var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 336 nəfər Daun sindromlu şəxs var. Onlardan 296 nəfəri 13 yaşa qədər, 21 nəfəri 14-17, 11 nəfəri 18-29 yaş arasında 8 nəfəri isə 30 və daha çox yaş qrupunda olanlardır.

Qeyri-rəsmi rəqəmlərə görə isə, Daun sindromlu uşaqların sayı 600-dən artıqdır.

Hal-hazırda Daun sindromunun tam müalicəsi mümkün deyildir buna baxmayaraq, sindromun müalicəsində bəzi uğurlar əldə edilmişdir bunun üçün ilk olaraq onun simptomlarının tez müəyyənləşdirilməsi və müalicəyə başlanması zəruridir. Əslində, genetik-həkimlər üçün bu o qədər də çətin deyildir, çünki Daun sindromlu körpələr digərlərindən xeyli dərəcədə fərqlənirlər sadəcə diqqətli olmaq tələb olunur. Daun sindromunun əsas simptomu uşağın əqli və fiziki inkişafının digərlərinə nisbətən çox yavaş inkişaf etməsidir. Daun sindromlularının əqli inkişaf səviyyəsi 20 ilə 49 İQ arasında olur, amma istisnai hallarda daha az və ya çox ola bilər.

Yetkin bir Daun sindromlunun zəkası təqribən yeddi yaşlı normal uşağın əqli inkişaf səviyyəsinə bərabər olur. Daun sindromlu uşaqlar da, öz aralarında əqli səviyyələrinə görə bir-birlərindən fərqlənirlər, onların içərisində daha istedadlıları olur. Əvvəllər belə düşünülürdü ki, Daun sindromlular əqli cəhətdən inkişaf etmir və inkişaf etdirilməsi də, mümkün deyildir. Lakin, onlarda yeriməyi, oxumağı,yazmağı rəqs etməyi yəni normal uşaqların bacardığı bir çox şeyləri öyrənə bilərlər. Bunu təmin etmək üçün yalnızca müəyyən olunmuş proqram əsasında Daun sindromlu uşaqlara kurslar keçilməsi lazımdır.

Daun sindromlu uşaqlara refleksoloji terapiya tətbiq edilə bilər.

Müasir dövrdə tətbiq olunan müalicə növlərindən biri də refleksterapiyadır. Refleksoloji terapiya nöqtəvi masaj terapiyasıdır. Mərkəzi və sinir sistemindən çıxan sinirlər bütün toxuma və orqanlardan keçərək ayaq altında və ovuc içində sonlanan sinirlərin ucluqlarının qıcıqlandırılması vasitəsilə baş beyinə və onurğa beyinə qıcıqların ötürülməsidir.Daun sindromlu uşaqlarda refleksoloji terapiya əsasən nitq,onurğa, əzələ – motor, həzm sistemi işlənir və yaxşı nəticə əldə edilir.

Nərmin Əliyeva

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!