“Təcavüz görmüş uşaq və böyüklərin psixologiyası”

Cəmiyyətdə bütün dövrlərdə aktual və daima müazirələrə səbəb olan mövzulardan biri də təcavüz görmüş insanlar, xüsusilə bu halla üzləşən uşaqların psixologiyasıdır. Təbii ki, belə halları yaşamaq insan psixologiyasın mənfi təsir edir, ələlxüsus təəssüf ki, uşaqların psixologiyasına zərbə vurur. Təsadüfi deyil ki, mövzu ilə bağlı yetkin insanlardan, həmçinin bu vəziyyətin qurbanı olmuş uşaqların valideynlərindən də psixoloqlara müxtəlif suallar ünvanlanır.Ayaşlı və ya yeniyetmə övladı olan valideynlər ən çox “Bu halın başına gəlməsi övladımın psixologiyasın necə təsir edib? Gələcəkdə onun psixoloji vəziyyətində hansı dəyişikliklər olacaq?” və ya “ Bu vəziyyət uşaqların psixologiyasında hansı problemlərin yaranmasına səbəb olacaq? Onun izləri uşağın psixologiyasında nə qədər müddət qalacaq?” kimi suallarla müraciət edirlər.

İlk öncə valideynin qorxmadan, çəkinmədən və uşağı danlamadan bu mövzunu onunla danışması, söhbət etməsi vacibdir. Əgər uşaq danışmaq istəmirsə, sıxılırsa və ya danışmaması üçün təhdid edilibsə, qorxudulubsa o zaman valideyn uşağın üstünə çox getməməli və qısa müddət də olsa ona zaman verməlidir. Valideyn uşağa güvən duyğusu aşılamalı və yalnız olmadığını hiss etdirməlidir. Bildirdiyimiz kimi, uşaqların danışmamasının səbəbi bir çox hallarda zorakılıq edən şəxsin onu qorxutması və təhdid etməsi olur. Yəni bununla bir çox hallarda uşaqlara, həmçinin yetkin insanlara da nəinki fiziki, həm də ağır dərəcədə psixoloji zərər yetirirlər. Belə ki, aparılan araşdırmalar onu göstərir ki, təcavüz və zorakılıq qurbanı olan insanlar, uşaqlar gələcəkdə parafiliyadan(cinsi meyl pozuntuları), sadomazoxizmdən(özünə və digər insanlara, yaxınlarına işgəncə verərək, əziyyət verərək seksual həzz almaq), sosial fobiya, nevroloji pozuntu, ünsiyyət problemi və sosial fobiyadan əziyyət çəkə bilirlər. Zorakılıq və təcavüz halı istər davamlı, istərsə də bir dəfə yaşansın bu hər iki halda insan psixologiyasında, xüsusilə də uşaq psixikasında ciddi və gələcəkdə korreksiyası çətinləşən izlər qoya bilər. Buna görə də belə hallar aşkar edildikdə valideyn uyğun bir dillə, uşağın analyacağı sözlərlə onunla danışmalı və mütləq bir psixoloqa müraciət etməlidir. Zamanında professional dəstək alınarsa  bu travma və qorxular korreksiya edilə bilər. Hətta psixoloqla paralel olaraq həkim müayinəsi başlanmalı və hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Psixoloq xüsusi metodla bu mövzunu danışmaq istəməyən, ünsiyyətdən qaçan uşaqlarla terapiyalar sayəsində bu halları, onların qorxularının səbəbini və hətta zorakılıq, təcavüz etmiş insanın kimliyini də ortaya çıxara bilər. Psixoloq elə bir situasiya yaradar ki, uşaq və ya yetkin insan bunu öz başına gəlmiş bir hadisə kimi yox üçüncü bir şəxsin adından danışar. Uşaqlarda isə oyunlar quraraq bu hadisəni kuklaların və ya oyuncaqların üzərindən danışmasına şərait yarada bilər. Belə ki, uşaqlarda oyun terapiyası, kukla terapiyası ilə bu halları ortaya çıxarmaq olar. Rəsm terapiyası ilə isə həm böyüklərdə, həm də, uşaqlarda bu halı aşkarlamaq olar. Beləliklə onlar yaşadıqlarını rəsm, oyuncaqlar və s. üzrəindən izah etməyə, canlandırmağa başlayacaqlar.

Valideynlər bilməlidir ki, bu problem öhdəsindən təkbaşına gəlinə biləcək bir çətinlik deyil, əksinə həkim və psixoloqun dəstəyi və kompleks terapiya metodu sayəsində korreksiya etmək mümükündür. Bu səbəbdəndir ki, valideynlərin etdikləri yanlışlardan biri də, bu mövzunu bəzən ört-basdır etmələri, qohumların, başqa adamların bilməsindən qorxmaları və “özüm həll edə bilərəm” fikri ilə psixoloqa müraciət etməməlidir. Ancaq, qeyd etmək lazımdır ki, bu doğru çıxış yolu deyil. Bu hadisələr nə qədər ki, başqaları bilməsin deyə “bağlı qapılar arxasında” müzakirə olunacaq və ya üzərində durulmayacaq bu hadisəni törədənlərin sayı və nəticə etibariylə təcavüz, zorakılıq qurbanlarının da sayı azalmayacaq əksinə daha da artacaqdır.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!